CASPIAN MEDIA

Gəncə Dövlət Filarmoniyasının kamera zalının ərazisində qanunsuz tikinti işlərinin qarşısı alınıb

Yayımlandı: 26.08.2025
Banner
#xəbərlər #caspianmedia #bloqlar #yeniliklər

Bu barədə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən məlumat verilib.

Bildirilib ki, bir müddət əvvəl abidənin ətrafı dəmir materialdan hazırlanmış hasarla əhatə olunmuş, görülən tədbirlər nəticəsində həmin hasar sökülmüşdü. Lakin ötən gün mühafizə zonasında mişar daşından yeni hasarın tikilməsinə cəhd göstərilib. Bu gün səhər saatlarında qanunsuz tikinti sökülüb, işləri aparan şəxslərə isə xəbərdarlıq edilib. Diqqətə çatdırılıb ki, Azərbaycan Respublikasının abidələrin qorunması ilə bağlı qanunvericiliyinin pozulması cinayət, inzibati, intizam və mülki məsuliyyət yaradır.

Abidənin mühafizəsinin təmin olunması, onun orijinallığının və tarixi dəyərinin qorunması istiqamətində birgə tədbirlərin görülməsi üçün aidiyyəti dövlət orqanlarına müraciət olunub.

Add comment

Add comment

reload, if the code cannot be seen