Tam məzmun: kateqoriya 11, xəbər 1
TƏBİB-dən Xezerxeber.az-a bildirilib ki, çağırış əsasında təcili tibbi yardım briqadası ünvana cəlb olunub.
Təcili tibbi yardım briqadasına ikisi uşaq olmaqla, ümumilikdə 4 nəfərin (1-i qadın, 3-ü kişi cinsli) müraciəti qeydə alınıb.
Onların hər birinə təcili tibbi yardım briqadası tərəfindən yerinə ilkin tibbi yardım göstərilib.
08:32
Bakının Nizami rayonunda beşmərtəbəli yaşayış binasında mənzildə partlayış baş verib.
Xezerxeber.az xəbər verirki, bu barədə Fövqəladə Hallar Naziliyinin Mətbuat xidməti məlumat yayıb.
Hadisə Əli Vəliyev küçəsində qeydə alınıb. Məlumatla əlaqədar əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.
Yaşayış binasının beşinci mərtəbəsində yerləşən birotaqlı mənzildə yanğınla müşayiət olunmayan partlayışın baş verdiyi və vətəndaşın müxtəlif dərəcəli bədən xəsarətləri alaraq köməksiz vəziyyətdə qaldığı müəyyən olunub.
Bildirilib ki, operativ xilasetmə əməliyyatı sayəsində vətəndaş, 1987-ci il təvəllüdlü Muqamov Teymur Musa oğlu xilas edilərək təcili tibbi yardım briqadasına təhvil verilib.
Təhlükəsizlik tədbirləri çərçivəsində qonşu mənzillərin sakinləri təxliyə edilib.
Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.