CASPIAN MEDIA

Kənd təsərrüfatına subsidiyalar artıb, məhsuldarlıq isə azalıb

Yayımlandı: 27.08.2025
Banner
#xəbərlər #caspianmedia #bloqlar #yeniliklər

Xezerxeber.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, aparılan monitorinq və təhlillər nəticəsində müəyyən edilmiş bitki növləri üzrə son dövrlərdə fermerlər və kənd təsərrüfatı subyektləri tərəfindən istifadə edilmiş subsidiyaların məbləği ilə həmin bitki növlərinin istehsalından əldə edilmiş məhsulların həcmi arasında uyğunsuzluqlar aşkar edilib.

Məlum olub ki, Aqrar Subsidiya Şurasının qərarları əsasında hər il üçün müəyyən edilən əkin subsidiyasının əmsallarının dövri olaraq artırılmasına baxmayaraq, həmin bitki növləri üzrə məhsul istehsalında azalmalar müşahidə olunub, habelə istifadə edilmiş subsidiyanın məbləğinə uyğun istehsal həcminə nail olunmayıb.

"Aqrar Subsidiya Şurasının qərarları əsasında hər il üçün müəyyən edilən əkin subsidiyasının əmsallarının dövri olaraq artırılmasına baxmayaraq, həmin bitki növləri üzrə məhsul istehsalında azalmalar müşahidə olunub, habelə istifadə edilmiş subsidiyanın məbləğinə uyğun istehsal həcminə nail olunmayıb. Ölkə Prezidentinin 27 iyun 2019-cu il tarixli fərmanı ilə təsdiq edilmiş "Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası"nın 4.1-ci bəndinə əsasən, hər sağlam buzova və balağa (camış balasına) görə 100 manat subsidiyanın ayrılmasına, damazlıq heyvanların dəyərinə müəyyən güzəştlərin tətbiq olunmasına baxmayaraq, ölkə üzrə iribuynuzlu mal-qaranın, qoyun və keçilərin baş sayı son illər, o cümlədən 2024-cü ildə azalıb", - deyə sənəddə qeyd olunub.

Add comment

Add comment

reload, if the code cannot be seen