CASPIAN MEDIA

Valyuta bazarında təklif tələbi üstələyib

Yayımlandı: 27.08.2025
Banner
#xəbərlər #caspianmedia #bloqlar #yeniliklər

Xezerxeber.az Azərbaycan Mərkəzi Bankına (AMB) istinadla xəbər verir ki, son aylarda xarici amillər üzrə qeyri-müəyyənliklər qalsa da, onların inflyasiyaya artırıcı təsiri əhəmiyyətli olmayıb.

Beynəlxalq Valyuta Fondunun məlumatına görə, 2025-ci ilin iyununda əmtəə qiymətləri indeksi illik 0,6 faiz, o cümlədən ərzaq qiymətləri indeksi 4,2 faiz azalıb.

Cari ilin ötən dövründə nağd və qeyri-nağd seqmentlər əhatə olunmaqla ümumilikdə valyuta bazarında təklif tələbi üstələyib. Rezident fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsinin azalmaqda davam etməsi məzənnə ilə bağlı gözləntilərin nikbin olduğunu göstərir. Valyuta bazarında tarazlığın fundamentində dayanan xarici sektor göstəriciləri əlverişli olaraq qalır.

Add comment

Add comment

reload, if the code cannot be seen