"Report" İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, müzakirələr iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli ilə EIB-nin Cənubi Qafqaz üzrə Regional Nümayəndəliyinin fəaliyyət müddəti başa çatmaqda olan rəhbəri Matsey Çura ilə görüşdə baş tutub.
Görüşdə Azərbaycanın EIB-lə uzunmüddətli tərəfdaşlığının ölkənin iqtisadi inkişafı baxımından əhəmiyyət kəsb etdiyi vurğulanıb.
Bildirilib ki, bankla infrastruktur, özəl sektora dəstək, rəqəmsal inkişaf və başqa istiqamətlər üzrə səmərəli tərəfdaşlıq həyata keçirilir.