CASPIAN MEDIA

Azərbaycanda özəl sektor informasiya xidmətlərinə investisiyaları 27 dəfə artırıb

Yayımlandı: 26.08.2025
Banner
#xəbərlər #caspianmedia #bloqlar #yeniliklər

"Report"un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2023-cü ilin göstəricisindən 77 % çoxdur.

Hesabat dövründə proqramların tərtib edilməsi, radio və televerilişlərin translyasiya edilməsi ilə əlaqədar fəaliyyətə 18 milyon 545,1 min manat (1 il əvvələ nisbətən 4,6 dəfə çox), rabitəyə 620 milyon 845,9 min manat (71 % çox), proqram təminatının işlənməsi, bu sahədə məsləhətlər verilməsi və bununla əlaqədar fəaliyyətə 27 milyon 756,5 min manat (43 % çox) yatırım edilib.

Bundan başqa, ötən il Azərbaycanda informasiya xidmətləri fəaliyyətinə 22 milyon 86 min manat (6,6 dəfə çox), o cümlədən qeyri-dövlət sektorunda 22 milyon 85,8 min manat (27 dəfə çox) investisiya qoyuluşu həyata keçirilib.

Add comment

Add comment

reload, if the code cannot be seen