ICT - Caspian News

GEANT Assosiasiyası ilə süni intellekt üzrə əməkdaşlıq məsələləri müzakirə olunmuşdur
Nümayəndə heyətininin tərkibinə institutun şöbə müdiri, AMEA-nın müxbir üzvüRamiz Alıquliyev, AzScienceNet Şəbəkə İdarəetmə Mərkəzinin rəhbəri, texnika üzrə fəlsəfə doktoru Babək Nəbiyev və institutun baş mütəxəssisi Könül Əliyeva daxil idilər.

Əsas məqsəd GEANT Assosiasiyasının texniki infrastrukturu, idarəetmə modeli və innovativ xidmətləri ilə daha yaxından tanış olmaq, eləcə də qarşılıqlı əməkdaşlıq imkanlarını müzakirə etməkdən ibarət idi.

Görüş çərçivəsində akademik Rasim Əliquliyev və EaPConnect layihəsinin meneceri İrina Matthews arasında Azərbaycan elm və təhsil şəbəkə infratrukturunun Avropanın akademik məkanına inteqrasiyasını sürətləndirilməsi, eləcə də GEANT ilə AzScienceNet arasında strateji əməkdaşlığın davam etdirilməsinə dair müzakirələr aparılmışdır.

Daha sonra nümayəndə heyəti GEANT-ın Data Mərkəzi və Şəbəkə İdarəetmə Mərkəzinin fəaliyyəti ilə əyani tanış olmuş, şəbəkənin etibarlılığını, davamlılığını və kibertəhlükəsizlik səviyyəsini təmin edən texnoloji platformalarla bağlı ətraflı məlumat əldə etmişdir. Eyni zamanda, böyükhəcmli verilənlərin intellektual analizi, süni intellektin tətbiqi və idarəetmə sistemləri üzrə qabaqcıl təcrübə ilə bağlı fikir mübadiləsi aparılmışdır. Əldə olunan razılaşmaların gələcəkdə GEANT ilə birgə layihələrin həyata keçirilməsi, Horizon Avropa proqramlarında iştirak, eləcə də Süni İntellekt üzrə Xüsusi Qrupa institut alimlərinin cəlb edilməsi baxımından böyük əhəmiyyət kəsb etdiyi qeyd olunmuşdur.

zərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin (ETN) İnformasiya Texnologiyaları İnstitutunda nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Səbuhi Rzayev və Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin Sənədlərlə və müraciətlər
"Report" xəbər verir ki, bu barədə şirkətin rəsmi bloqunda məlumat verilib.

Google Çesterfild Kountidə məlumat mərkəzi tikmək, Loudoun və Prins Villiam qraflıqlarında infrastrukturunu genişləndirmək niyyətindədir. Layihənin 2026-cı ilə qədər başa çatdırılması gözlənilir.

İyul ayında şirkətin ABŞ-dakı İT mərkəzlərinə 25 milyard dollar investisiya yatırmaq planları barədə məlumat yayılıb. Google həmçinin məlumat mərkəzləri və süni intellekt mərkəzlərindən elektrik enerjisinə artan tələbat fonunda Pensilvaniyadakı su elektrik stansiyalarının modernləşdirilməsinə 3 milyard dollar ayırıb.

Azərbaycanda özəl sektor informasiya xidmətlərinə investisiyaları 27 dəfə artırıb
"Report"un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2023-cü ilin göstəricisindən 77 % çoxdur.

Hesabat dövründə proqramların tərtib edilməsi, radio və televerilişlərin translyasiya edilməsi ilə əlaqədar fəaliyyətə 18 milyon 545,1 min manat (1 il əvvələ nisbətən 4,6 dəfə çox), rabitəyə 620 milyon 845,9 min manat (71 % çox), proqram təminatının işlənməsi, bu sahədə məsləhətlər verilməsi və bununla əlaqədar fəaliyyətə 27 milyon 756,5 min manat (43 % çox) yatırım edilib.

Bundan başqa, ötən il Azərbaycanda informasiya xidmətləri fəaliyyətinə 22 milyon 86 min manat (6,6 dəfə çox), o cümlədən qeyri-dövlət sektorunda 22 milyon 85,8 min manat (27 dəfə çox) investisiya qoyuluşu həyata keçirilib.

Elmi biliklərin təbliği və populyarlaşdırılması istiqamətində fəaliyyətin təşkilinə dair müzakirələr aparılıb
Görüşün keçirilməsində əsas məqsəd elmi biliklərin təbliği və elmin populyarlaşdırılması istiqamətində fəaliyyətin təşkili və əməkdaşlıq perspektivlərinin müzakirəsi idi.

Görüş zamanı AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, akademik Rasim Əliquliyev qonaqlara institutun yaranma və inkişaf tarixi, funksional strukturu, burada həyata keçirilən innovativ layihələr və prioritet istiqamətlərdə aparılan elmi tədqiqatlar haqqında ətraflı məlumat verib.

Alim İnformasiya Texnologiyaları İnstitutunda elmin təbliği və populyarlaşdırılması məsələlərinə xüsusi diqqət göstərildiyini, ölkənin media qurumları ilə sıx əlaqələrin təşkil olunduğunu qeyd edib, institutun uzun illər ərzində formalaşan media siyasətindən danışıb. İnstitutun ict.az veb-saytının idarə edilməsi və informasiya təminatı haqqında məlumat verən baş direktor, saytın ölkəmizdə informasiya cəmiyyəti ideologiyasının, elm və innovativ texnologiyaların təbliği və yeni İKT biliklərinin yayılmasına xidmət etdiyini qeyd edib.

Müasir dövrdə elmi müəssisələrdə kommunikasiya və media fəaliyyətinin strateji əhəmiyyət daşıdığını deyən akademik R. Əliquliyev bu sahənin inkişafının dövlət siyasətinin də prioritet istiqamətlərindən olduğunu söyləyib: “Elmi nəticələrin geniş ictimaiyyətə daha effektiv çatdırılması üçün kommunikasiya proseslərinin menecmenti həyata keçirilməli, institusional sistem formalaşdırılmalıdır”. Alim İnformasiya Texnologiyaları İnstitutunun bu istiqamətdə lazımi dəstəyi göstərməyə hazır olduğunu da vurğulayıb.

Sonra Səbuhi Rzayev İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin fəaliyyəti, nazirlik tərəfindən elmi biliklərin təbliği istiqamətində həyata keçirilən yeni media layihələri, mövcud problemlər və qarşıda duran vəzifələr haqqında məlumat verib.

O, IV Sənaye İnqilabı, rəqəmsallaşma və süni intellektin yaratdığı reallıqlar kontekstində İnformasiya Texnologiyaları İnstitutu ilə əməkdaşlığın xüsusi əhəmiyyət kəsb etdiyini söyləyib. Həmçinin elmi müəssisələrin ictimaiyyətlə əlaqələr üzrə çalışan əməkdaşları ilə birgə fəaliyyətin zəruriliyinə toxunaraq, bu əlaqələrin daha sistemli və məqsədyönlü qurulmasının vacibliyini vurğulayıb: “Gənc alim və tədqiqatçıların fəaliyyəti, eləcə də əldə olunan mühüm elmi nailiyyətlərlə bağlı məlumatlar ictimaiyyətə daha populyar dildə təqdim edilməli, medianın imkanlarından səmərəli istifadə olunmalıdır”.

Sonra Pərviz Əliyev Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi ilə əlaqələrin möhkəmləndirilməsi və birgə fəaliyyətin daha effektiv koordinasiyasının təmin olunması istiqamətində məqsədyönlü addımların atılmasının vacib olduğunu diqqətə çatdırıb, aparılan müzakirələrin səmərəli nəticələr verəcəyinə əminliyini ifadə edib.

Görüş çərçivəsində, həmçinin elmin təbliği sahəsində media fəaliyyətinin optimallaşdırılması və stimullaşdırıcı mexanizmlərin formalaşdırılması, cəmiyyətdə gənc alimlərin nüfuzunun artırılması, eləcə də əməkdaşlıq perspektivlərinə dair geniş fikir müabdiləsi aparılıb.

“AZINCLOUD” ilə bulud xidmətləri 24/7 əlçatandır
Böyükhəcmli və mürəkkəb məlumatların idarə olunması, emalı və təhlükəsiz saxlanılması müasir dövrdə bizneslərin qarşısında dayanan əsas çağırışlardan biridir. Məlumat itkisi isə şirkətləri ciddi maliyyə riskləri ilə üz-üzə qoya bilər. Məhz bu ehtiyacları qarşılamaq üçün yaradılan azincloud.az saytında istifadəçilərə etibarlı və çevik bulud həlləri təqdim edilir.

Artıq bir neçə aydır ki, istifadədə olan platforma vasitəsilə kiçik və orta bizneslər, eləcə də fərdi istifadəçilər məlumatlarını virtual serverlərdə yerləşdirərək daha təhlükəsiz mühitdə saxlaya bilirlər.

“AZINCLOUD” platformasının əsas üstünlükləri:

Böyükhəcmli datanın təhlükəsiz saxlanılması;

Məlumat itkisi risklərinin minimuma endirilməsi;

Məlumatların ölkə daxilində saxlanılması;

Xərclərin izlənməsi və optimallaşdırılması üçün hesabat imkanları;

Sadə interfeys üzərindən xidmətlərin seçilməsi.

Xidmətlərdən yararlanmaq üçün istifadəçilər platformanın əsas səhifəsində “Giriş” bölməsinə keçid edərək qeydiyyatdan keçə və özlərinə uyğun xidmətləri seçə bilərlər.

“AZINCLOUD” haqqında

Azərbaycanın ilk ictimai bulud platforması olan “AZINCLOUD”u AZCON Holding şirkətlərindən olan “AzInTelecom” MMC yaradıb. Platforma üzərindən müasir alətlərlə təchiz olunmuş “bulud” xidmətləri təqdim edilir. “İstifadə etdiyin qədər ödə” modeli ilə fəaliyyət göstərən azincloud.az istifadəçilər üçün 24/7 əlçatandır. Sadəcə veb-sayta daxil olub qeydiyyatdan keçməklə bir neçə dəqiqə ərzində “bulud” infrastrukturunu formalaşdırmaq mümkündür.

“AzInCloud” platformasının əsas məqsədi biznes mühitində rəqəmsal transformasiyanı təşviq etmək, Azərbaycanda bizneslərin və fərdlərin rəqəmsallaşmadakı rolunu artırmaqdır.

“SpaceX” texniki problemlərə görə “Starship” prototipinin buraxılışını təxirə salıb
“Report” xəbər verir ki, kosmosa uçuş Texasdakı Starbase kosmodromundan Şərq vaxtı ilə saat 19:30-a (Bakı vaxtı ilə 03:30) planlaşdırılmışdı.

Qeyd olunub ki, problemin həlli üçün müəyyən vaxt lazım olacaq. Hələlik yeni buraxılışın tarixi açıqlanmayıb.

“Starship” bu günə qədər ən böyük və ən güclü kosmik raketdir. Sistemin ümumi təxmini yükgötürmə qabiliyyəti 150 tondur.