Transport - Caspian News

36 sayda müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) sərnişindaşıma xidmətinin keyfiyyətinin artırılması ilə bağlı tədbirlər çərçivəsində Bakı-Gəncə, Bakı-Ağdaş, Bakı-Göyçay, Bakı-Qəbələ, Sumqayıt-Göyçay, Sumqayıt-Beyləqan, Gəncə-Saatlı, Mingəçevir-Salyan, Mingəçevir-Qəbələ, Mingəçevir-Bərdə və əks istiqamətə, Şəki-Qəbələ, İmişli-Sumqayıt, Gəncə-Qazax və əks istiqamətə, Gəncə-Şəmkir və əks istiqamətə, Gəncə-Goranboy və əks istiqamətə, Qarasuçu (Goranboy)-Gəncə, Səmədabad (Goranboy)-Gəncə, Yuxarı Seyfəli (Şəmkir)-Gəncə, Zəyəm Cırdaxan (Şəmkir)-Gəncə, Könüllü (Şəmkir)-Gəncə, Qovlarsarı (Samux)-Gəncə, Xuluf (Şəmkir)-Gəncə, Qarabağlar (Samux)-Gəncə, Yeni yaşayış massivi (Göygöl)-Gəncə şəhərlərarası, Liman şəhəri - Mərkəzi Bazar (Lənkəran şəhəri, N.Gəncəvi küçəsi) şəhərətrafı, eləcə də paytaxtın 53 nömrəli şəhərdaxili, 447 və 512 nömrəli şəhərətrafı avtobus marşrutlarını müsabiqəyə çıxarır.

Müsabiqə “Avtomobil nəqliyyatı haqqında” Qanuna, Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”na uyğun olaraq təşkil edilir.

Qeyd edək ki, müsabiqəyə əsas avtobuslarla yanaşı, ehtiyat nəqliyyat vasitələri də təqdim olunmalıdır.

İddiaçıların təkliflərinə komissiya tərəfindən Bakı-Gəncə, Bakı-Ağdaş, Bakı-Göyçay, Bakı-Qəbələ, Sumqayıt-Göyçay, Sumqayıt-Beyləqan istiqamətlərində 6 lot üzrə sentyabrın 23-də;

Gəncə-Saatlı, Mingəçevir-Salyan, Mingəçevir-Qəbələ, Mingəçevir-Bərdə və Bərdə-Mingəçevir istiqamətlərində 5 lot üzrə sentyabrın 26-da;

Şəki-Qəbələ, İmişli-Sumqayıt, Gəncə-Qazax və Qazax-Gəncə istiqamətlərində 8 lot üzrə sentyabrın 30-da;

Gəncə-Şəmkir, Şəmkir-Gəncə, Gəncə-Goranboy, Goranboy-Gəncə, Qarasuçu (Goranboy)-Gəncə (avtovağzal), Səmədabad (Goranboy)-Gəncə (avtovağzal), Yuxarı Seyfəli (Şəmkir)-Gəncə (avtovağzal) istiqamətlərində 7 lot üzrə oktyabrın 3-də;

Zəyəm Cırdaxan (Şəmkir)-Gəncə (avtovağzal), Könüllü (Şəmkir)-Gəncə (avtovağzal), Qovlarsarı (Samux)-Gəncə (Dəmiryol vağzalı), Xuluf (Şəmkir)-Gəncə (avtovağzal), Qarabağlar (Samux)-Gəncə (Dəmiryol vağzalı) və Yeni yaşayış massivi (Göygöl)-Gəncə (avtovağzal) şəhərlərarası, eləcə də Liman şəhəri - Mərkəzi Bazar (Lənkəran şəhəri, N.Gəncəvi küçəsi) şəhərətrafı avtobus marşrutları üzrə 7 lotda oktyabrın 7-də;

paytaxtın 53 nömrəli şəhərdaxili (“Elmlər Akademiyası” metrostansiyası – Bayıl parkı), 447 nömrəli şəhərətrafı (Qala qəsəbəsi – Mərdəkan qəsəbəsi) və 512 nömrəli şəhərətrafı (Abşeron rayonu, Çaylı kəndi – Müşfiqabad qəsəbəsi) avtobus marşrutları üzrə 3 lotda oktyabrın 10-da baxılacaq.

Lotlar üzrə marşrutların qrafikləri haqqında məlumatı buradan əldə edə bilərsiniz.

Şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) marşrut xətləri qanunvericiliyin tələblərinə uyğun olaraq mərhələli qaydada müsabiqəyə təqdim edilir. Məqsəd sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılmasıdır.

Ağstafa şəhərində yol nişanlanma işləri aparılır
Şəhərin Heydər Əliyev prospekti, Nizami Gəncəvi, Mehdi Hüseyn, Ü.Hacıbəyli, H.Arif, M.Ə.Rəsulzadə, R.Alcanov, A.Ələsgər küçələri və Poylu kəndi ərazisində yol nişanlanma xətləri yenilənib.

Ümumilikdə 37 km-dən çox ərazidə xətləmə işləri aparılıb. Hərəkət iştirakçılarının təhlükəsizliyinin artırılması məqsədilə müvafiq yol nişanları quraşdırılıb.

Yol nişanlanma işləri mərhələli şəkildə digər bölgələr üzrə də davam etdiriləcək.

Şabran şəhərində yol nişanlanma işləri həyata keçirilib
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən Şabran şəhərində yol hərəkətinin təhlükəsizliyinin artırılması və nəqliyyatın fasiləsizliyinin təmin olunması məqsədilə nişanlanma işləri aparılıb.

Şəhərin Heydər Əliyev prospekti, 20 Yanvar, M.Ə.Rəsulzadə və Ağalar Mirzə küçələrində, ümumilikdə 33 kilometr ərazidə üfüqi nişanlanma xətlərinin yenilənməsi həyata keçirilib.

Bununla yanaşı, sözügedən ərazilərdə 16 nizamlanmayan piyada keçidi yenilənib və müvafiq yol nişanları quraşdırılıb.

Yol nişanlanma işləri mərhələli şəkildə digər bölgələr üzrə də davam etdiriləcək.

8 marşrut üzrə keçirilən müsabiqələrin qalibləri müəyyən edilib
AYNA tərəfindən sərnişindaşıma sahəsində rəqabətli mühitin, marşrutların təhkim edilməsində qanunvericiliyin tələblərinin təmin edilməsi ilə bağlı tədbirlərin davamı olaraq Bakı-Lənkəran, Bakı-Sabirabad, Bakı-Oğuz, Sumqayıt-Horadiz, Mingəçevir-Qazax, Mingəçevir-Balakən, Gəncə-Qazax şəhərlərarası avtobus marşrutları üzrə müsabiqələrin qalibləri müəyyən edilib.

“Bakı-Lənkəran” marşrutu üzrə fiziki şəxs Şahverdiyev Vüqar Aydın oğlu;

“Bakı-Sabirabad” marşrutu üzrə fiziki şəxs Baxşiyev Ramin Xələf; oğlu

“Bakı-Oğuz” marşrutu üzrə hüquqi şəxs "ALS Logistics Center" MMC;

“Sumqayıt-Horadiz” marşrutu üzrə hüquqi şəxs “Kaspian Ekspress” MMC;

“Mingəçevir-Qazax” marşrutu üzrə fiziki şəxs Əliyev Cavad İlqar oğlu;

“Mingəçevir-Balakən” marşrutu üzrə fiziki şəxs Əliyev Samir Aydın oğlu;

“Gəncə-Qazax” marşrutu üzrə fiziki şəxs Layıcov Şakir Cəmil oğlu və hüquqi şəxs "Mələyim" MMC qalib elan olunublar.

Qeyd edək ki, marşrut xətləri müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq, AYNA tərəfindən mərhələli qaydada müsabiqəyə təqdim edilir. Məqsəd sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılması, həmçinin marşrutların təhkim edilməsində şəffaflığın təmin olunmasıdır.

Müsabiqə “Avtomobil nəqliyyatı haqqında” Qanuna, Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiqlənən “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”na uyğun təşkil olunur.

İslam Səfərli küçəsinin piyadalaşdırılmasına başlanılır
Prezident İlham Əliyevin müvafiq tapşırıqlarına uyğun olaraq, Bakı şəhərində piyada zonalarının (dəhlizlərinin) yaradılması, həmçinin geniş abadlıq-quruculuq işləri davam etdirilir.

Paytaxtın iki geniş piyada zonası olan Fəvvarələr meydanı və Qış Parkının optimal şəkildə birləşdirilməsi imkanları təhlil olunub və layihə hazırlanıb. Yaxın günlərdə şəhər sakinləri və qonaqların ən çox üz tutduğu məkanlardan biri olan İslam Səfərli küçəsi ilə bağlı mütəxəssislər tərəfindən dünya təcrübəsinə əsaslanan layihənin icrasına başlanılacaq.

Xatırladaq ki, 19–20-ci əsrlərə aid tarixi tikililərin əhatəsində olan İslam Səfərli küçəsi hazırda avtomobil xaosunun mərkəzindədir. Bu küçənin heç bir tranzit əhəmiyyəti yoxdur. Sakinlər və şəhərimizə gələn turistlər avtomobil sıxlığı səbəbindən bu küçədə yerləşən tarixi abidələrlə tanış ola bilmirlər. İslam Səfərli küçəsində səkilərin dar, piyada axınının isə çox olması səbəbindən bu ərazi faktiki olaraq avtomobilsiz hərəkət iştirakçıları tərəfindən geniş istifadə olunur.

Bütün bunları nəzərə alaraq, piyadalar arasında populyar ərazilər olan Qış Parkı və Fəvvarələr Meydanını əlaqələndirmək məqsədilə İslam Səfərli küçəsinin tamamilə piyadalaşdırılması nəzərdə tutulur.

Layihə, həmçinin ərazidə mövcud olan ticarət fəaliyyətinin inkişafına şərait yaradacaq, sakinlərin və turistlərin tarixi abidələrə marağını, gəzinti zamanı insanların təhlükəsiziyini artıracaq.

İslam Səfərli küçəsinin digər küçələrlə kəsişdiyi yerlərdə avtomobillər üçün xüsusi təhlükəsiz keçidlər yaradılacaq. Bəzi parklanma yerləri əlçatanlıq saxlanılmaqla kəsişən küçələrə köçürüləcək, əlavə yerlər təşkil ediləcək. Eyni zamanda, operativ və kommunal xidmət avtomobillərinin küçəyə daxil olması üçün şərait yaradılacaq.

Yük və sərnişin daşımaları həyata keçirənlər arasında maarifləndirmə tədbiri keçirilib
Avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımaları fəaliyyəti göstərən hüquqi və fiziki şəxslərin buraxılış vəsiqəsi, buraxılış kartı, reysqabağı texniki və tibbi müayinələrin keçirilməsi vəziyyəti və formulyarların tərtib edilməsinin yoxlanılması və bu sahədə qanunvericiliyə müvafiq olaraq tədbirlərin görülməsinin təbliği məqsədilə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) və Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi (BŞDYPİ) birgə marifləndirici reydlər həyata keçirib.

Reydlər nəticəsində 56 nəqliyyat vasitəsinin buraxılış kartı və buraxılış vəsiqəsi olmadan fəaliyyət göstərdiyi, 4 nəqliyyat vasitəsinin texniki vəziyyətinin reysqabağı yoxlanışdan, sürücünün isə reysqabağı tibbi müayinədən keçmədiyi müəyyən edilib. Sürücülərlə izahedici söhbətlər aparılıb və qanunvericiliyin tələblərinə riayət etmələri tövsiyə olunub.

Avtomobil nəqliyyatı ilə yük və sərnişin daşımaları sahəsində daşıyıcıların qanunvericiliyə uyğun fəaliyyətini yoxlamaq və sürücüləri maarifləndirmək məqsədilə tədbirlər davam etdirilir.